Xəbər lenti

 

Azərbaycan millisinin heyəti açıqlanıb.

Ovqat.com apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsinin son qarşılaşmaları üçün 24 futbolçuya ehtiyac duyub.
Komandamız oktyabrın 5-də Bakıda Çexiya, 3 gün sonra Kayzerslauterndə Almaniya ilə qarşılaşacaq.
Xorvatiyalı mütəxəssis sentyabrda keçirilən seçmə oyunlara dəvət etdiyi heyətdə cüzi dəyişikliklər edib. Zədəli Səlahət Ağayevi Emil Balayevlə əvəzləyən Prosineçki Ağabala Ramazanova da "24-lük"də yer verməyib.
Qapıçılar: Kamran Ağayev ("Mlada Boleslav", Çexiya), Anar Nəzirov  ("Zirə"), Emil Balayev ("Səbaıl");
Müdafiəçilər: Tərlan Quliyev ("İnter"), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı "Qarabağ"), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Məhəmməd Mirzəbəyəv, Ruslan Abışov (hər ikisi "Neftçi"), Ürfan Abbasov ("Qəbələ");
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Qara Qarayev, Mahir Mədətov, Əfran İsmaylov, Riçard Almeyda (hamısı "Qarabağ"), Dmitri Nazarov ("Aue", Almanya), Təmkin Xəlilzadə ("Zirə"), Cavid Hüseynov ("  Qəbələ"), Araz Abdullayev ("Anortosis", Kipr) Namiq Ələsgərov ("Neftçi");
Hücumçular: Ruslan Qurbanov ("Qəbələ"), Ramil Şeydayev ("Qarabağ"), Renat Dadaşov ("Ayntraxt", Almanya).




Ana səhifəyə qayıt        Baxış: 927          Tarix: 28-09-2017, 20:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma