Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) təşkilatçılığı ilə Sumqayıt Paralimpiya İdman Kompleksində respublikada üçüncü Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.
Ovqat.com xəbər verir ki, oyunlarda respublikanın müxtəlif reqionlarından olan uşaq paralimpiyaçılar altı idman növündə öz güclərini sınayacaqlar. Taekvando idman növünün də yer aldığı Oyunlarda (6-18 yaşlı) qalib olan idmançılara təşkilatçılar tərəfindən medal və diplomlar təqdim olunacaq. Taekvando yarışları dekabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə Milli Paralimpiya Komitəsi sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmalarını öz himayəsinə götürərək, 2013-cü ilin sentyabrında Komitənin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.
Paylaş: