Xəbər lenti

 

"Barselona"nın hücumçusu Luis Suarez sabiq komanda yoldaşı Neymarın "Real"a transfer ehtimalı barədə fikir bildirib.

Ovqat.com goal.az-a istinadən xəbər verir ki, uruqvaylı hücumçu bunları deyib:

"Düzü, Neymarı heç cür "Real"da görmürəm. Neymarı tanıyan biri kimi onun Madrid klubuna keçəcəyini düşünmürəm. O, "Barselona" və komanda yoldaşlarına heyrandır. O, yetkin insandır və atdığı addıma görə özünə hesabat verir. Neymar "Barselona"da xoşbəxt idi. Əminəm ki, getmək qərarını vermək ona çox ağır olub. Amma bunu qəbul etmək lazımdır. Onu heç bir şeyə görə məzəmmət etmirəm. Bizə qarşı təmiz sevgisinə görə təşəkkür edirəm".




Ana səhifəyə qayıt        Baxış: 1 003          Tarix: 4-12-2017, 18:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma