Xəbər lenti
 
PSJ klubunun rəsmi nümayəndələri “Barselona”nın ofisinə gələrək Neymarın transferi üçün 222 milyon avronu ödəyiblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Barselona” klubundan rəsmi açıqlama verilib.
Məlumata görə, 222 milyon avro nağd şəklində çamadanlarla daşınıb.
Klubdan bildirilib ki, müqavilənin detalları araşdırılıqdan sonra ödəniş barədə sənədlər UEFA-ya göndəriləcək. Neymarla rəsmi müqavilənin bir neçə gün ərzində imzalanacağı gözlənilir.
Qeyd edək ki, Neymar 2013-cü ildə “Santos”dan 88 milyon avroya transfer edilmişdi. Neymarın PSJ-yə keçidi tam rəsmiləşdikdən sonra futbol tarixinin ən bahalı futbolçusu ünvanına sahib olacaq.



Ana səhifəyə qayıt        Baxış: 1 042          Tarix: 3-08-2017, 22:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma