Xəbər lenti

                      

“Barselona”nın futbolçusu Arda Turan bu mövsüm ilk rəsmi matçına çıxa bilər.

 İspaniya mətbuatının yaydığı xəbərə görə, klubun həkimləri türk yarımmüdafiəçiyə La Liqanın 15-ci turunda “Vilyarreal”la matçda iştirak etməyinə icazə veriblər. Baş məşqçi Ernesto Valverdenin Ardaya sözügedən qarşılaşmada şans verəcəyi gözlənilir.

Qeyd edək ki, A.Turan bu mövsüm heç bir rəsmi matçda oynamayıb. Onun zədə səbəbindən oynamadığı iddia olunur.

Əlavə edək ki, “Vilyarreal” – “Barselona” görüşü dekabrın 10-u keçiriləcək.//Qol.az




Ana səhifəyə qayıt        Baxış: 784          Tarix: 6-12-2017, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma