Xəbər lenti

 

2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində Bakı İtaliyanın paytaxtı Roma ilə birgə “A” qrupunun oyunlarını qəbul edəcək.

AFFA-dan Ovqat.com-a bildiriblər ki, bu haqda qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilmiş iclasında qəbul edilib. Avropa çempionatının açılış oyunu Roma şəhərindəki Olimpiya stadionunda keçiriləcək.

Qeyd edək ki, ölkəsində final mərhələsinin oyunları təşkil ediləcək milli komanda bu mərhələyə vəsiqə qazanacağı təqdirdə, ən azı 2 qrup oyununu doğma meydanda keçirəcək.

Qrup oyunlarının şəhərlər üzrə bölgüsü aşağıdakı kimidir:

“A” qrupu: Roma (İtaliya) və Bakı (Azərbaycan)

“B” qrupu: Sankt-Peterburq (Rusiya) və Kopenhagen (Danimarka)

“C” qrupu: Amsterdam (Niderland) və Buxarest (Rumıniya)

“D” qrupu: London (İngiltərə) və Qlazqo (Şotlandiya)

“E” qrupu: Bilbao (İspaniya) və Dublin (İrlandiya)

“F” qrupu: Münxen (Almaniya) və Budapeşt (Macarıstan)

Qrup oyunlarından başqa Bakı Olimpiya Stadionunda 1/4 final mərhələsinin 1 görüşü də keçiriləcək.

 




Ana səhifəyə qayıt        Baxış: 923          Tarix: 8-12-2017, 19:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma