Xəbər lenti

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə qolsuz bərabərliyə qalaraq mərhələ adladıqları cavab matçından sonra mətbuat konfransı keçirib.

Təcrübəli mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

– Öncə futbolçularımı ürəkdən təbrik etmək istərdim. Belə isti havada bu cür mübarizə aparmaq həqiqətən alqışa layiq idi. Belə güclü komandaya qarşı oynamaq xoşdur. “Olimpiya” bizim məşqçilik korpusunu son illərdə ən çox düşündürən rəqib idi. Şükürlər olsun ki, iki oyunun nəticəsinə görə, cütün qalibi məhz biz olduq. Qarşılaşmadan əvvəl xəbərlər var idi ki, stadionda azarkeşlər az olacaq. Ancaq ilk mərhələyə görə, azarkeş sayı yaxşı idi. Bundan sonrakı oyunlarımız çətin olacaq. Bütün komandalar bizə qarşı ciddi hazırlaşır. Bu da bizə problem yaradır. Kollektiv şəkildə daha yaxşı oyun göstərməyə qadirik. “Olimpiya”nın baş məşqçisinə də uğurlar arzulamaq istəyirəm. Komandaya yeni gəlib. Onunla söhbətim oldu. Hiss olunur ki, yaxşı düşüncəyə malik baş məşqçidi. “Olimpiya”nın oyununda ötən mövsümlə müqayisədə fərq var. Onlara uğurlar arzulayıram

 Dani Kintanın zədəsi nə yerdədir?

– Ola bilər ki, ciddidir. Əzələ dartmasıdır. Sabahkı müayinədən sonra dəqiq bilinəcək. Gözlənilən budur ki, qarşıda oyunda olmayacaq.

– Növbəti mərhələdə rəqibiniz olacaq “Kukesi”ni necə dəyərləndirirsiz?

– Bu komandanın oyununa baxmamışam. Sabah baxacam. Onlar da mərhələ keçib. Həddən artıq diqqətli, məsuliyyətli yanaşmalıyıq. Belə komandalar intizamlı olur.

– Rəqib sizi çox yordu. Son nöqtəni də qoya bilmədiniz. Bu, komandanızda hücumçu çatışmazlığından irəli gəlir?

– Bəli, çox yorulduq. Ümumiyyətlə, belə oyunlar futbolçulara çox böyük fayda verir və onları daha yaxşı tanıyırıq.  Bütün futbolçulardan razı qaldım. İlk oyunda çatışmazlıqlar olacaq. Hücum tək bir nəfərdən ibarət olmur. Sol və sağ cinah yarımmüdaçiləri də aktiv olmalıdı. Bir neçə qol şansımız oldu. Ancaq son nöqtəni qoya bilmədik. Hücumçu axtarışındayıq, danışıqlar gedir. Sonda kim bizimlə olacaq, əfsular olsun ki, bilmirəm. Hər xətdə daha çox futbolçuların olmasını istərdik.

– “Kukes” bizim üçün “sirli qutu”du. Rauf Əliyevin ötən mövsüm bu komanda da oynadığını nəzərə alsaq, ondan müəyyən informasiya almaq planınızda varmı?

– Kimlə yaxından maraqlanmaq lazım olsa, müraciət edə bilərik. Maksimum 2 güm ərzində rəqib haqqında informasiya toplaya bilərik. Kiçik informasiya lazım olsa, onu öyrənməyə hazıram. Niyə də olmasın? Bizə kiçik informasiya da faydalıdır.

– Sanki, komandanın oyun üslubunda dəyişiklik etmisiniz. Daha çox pressinq edirdiniz, hücumda olurdunuz…

–  Dəfərlərlə demişəm ki, hər bir rəqibə qarşı fərqli oynayacağıq. Bugünkü futbolun tələbi də budur. Hər bir rəqibə qalib gəlmək üçün oyununun qarşısını almalısan. Bu da müxtəlif zonalar üzrə olur. Oyunumuzda buna görə dəyişiklik var idi.

Report

 




Ana səhifəyə qayıt        Baxış: 577          Tarix: 19-07-2018, 11:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma