Xəbər lenti

 

Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı start götürəcək.

Bu gün yarışın keçiriləcəyi “Laslo Papp” İdman Sarayında dörd kateqoriyada mübarizə aparacaq sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib.

61, 74, 86 və 125 kiloqram çəki dərəcəsində çıxış edən pəhləvanların ilk rəqibləri müəyyənləşib. Yığmamızın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq.

Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə 12.30-da start götürəcək.

61 kq Təsnifat – Pərviz İbrahimov – Skott Şiller (CAN) 74 kq

1/16 final – Abubakr Abakarov – Hanok Raşamin (İSR) 86 kq

1/16 final – Murad Süleymanov – Quma Bəşir (SUD) 125 kq

Təsnifat – Cəmaləddin Məhəmmədov – Nik Matyuxin (GER) \\Primetime.az




Ana səhifəyə qayıt        Baxış: 643          Tarix: 19-10-2018, 22:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma