Bu gün Mərakeşin paytaxtı Rabatda taekvondo üzrə Qran Pri turniri start götürəcək.
“Report” xəbər verir ki, üç gün davam edəcək G4 kateqoriyalı beynəlxalq yarışa böyüklərdən ibarət Azərbaycan milli komandası da qatılacaq.
8 taekvondoçu ilə təmsil olunacaq yığmanın əsas üzvlərindən kişilər arasında Qaşım Maqomedov (54 kq), Məhəmməd Məmmədov və Ayxan Tağızadə (hər ikisi 68 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov və Radik İsaev (hər ikisi +80 kq), qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaq. Onlar baş məşqçi Reza Mehmandust, böyük məşqçi Rəşad Əhmədov, eləcə də qadınlardan ibarət millinin baş məşqçisi Elnur Amanovun rəhbərliyi altında çıxış edəcəklər.
Qeyd edək ki, qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalı əlavə edəcək. Ötən ay Rusiyanın paytaxtı Moskvada start götürən Qran Prinin sonrakı mərhələsi Böyük Britaniyanın paytaxtı Londonda, final mərhələsi isə Fildişi Sahilinin paytaxtı Abijanda təşkil ediləcək.
Paylaş: