Xəbər lenti

 

Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyevin ilk görüşü 1/32 finala təsadüf edib. 26 yaşlı idmançı çexiyalı İrji Petrlə üz-üzə gəlib. Qarşılaşma Mehdiyevin qələbəsi ilə yekunlaşıb. Onun növbəti rəqibi mavrikiyalı Remi Fülle olub. Bu görüşdən də qalib ayrılan azərbaycanlı cüdoçu 1/8 finala yüksəlib. Mehdiyev bu mərhələdə "Minsk 2019" II Avropa Oyunlarının 1/4 finalında uduzduğu türkiyəli Mikayıl Özerler ilə qarşılaşacaq. 

70 kq çəkidəki qadın cüdoçu Günel Həsənli isə mübarizəni erkən dayandırıb. O, 1/32 finalda avstraliyalı Aoyfe Koflanla görüşdən məğlub ayrılıb.

Qeyd edək ki, hələlik Azərbaycan cüdoçuları dünya çempionatında 2 medal qazanıblar. 73 kq çəki dərəcəsində Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medala yiyələnib.




Ana səhifəyə qayıt        Baxış: 533          Tarix: 29-08-2019, 11:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma