Xəbər lenti

 

Türkiyənin "Fənərbağça" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi son olaraq "Başakşehir"də çıxış edən Mevlüt Erdinçlə anlaşıb. 32 yaşlı hücumçu ilə ikiillik razılıq əldə olunub.

Qeyd edək ki, Mevlüt Erdinç karyerası ərzində Fransanın "Soşo", PSJ, "Renn", "Sent-Etyen" və "Metz" komandalarının formasını geyinib. O, Almaniyada "Hannover"in də şərəfini qoruyub. 




Ana səhifəyə qayıt        Baxış: 356          Tarix: 30-08-2019, 22:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma