Xəbər lenti

 

İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu Royston Drente karyerasını 3-cü liqa komandasında davam etdirəcək.

“Report” xəbər verir ki, 32 yaşlı hollandiyalı yarımmüdafiəçi vətənində “Kozakken Boyz” klubu ilə anlaşıb.

Qeyd edək ki, Drente 2007-2010-cu illərdə “Real Madrid”də çıxış edib. Hollandiya yığmasının sabiq üzü karyerası ərzində Hollandiyanın “Feyenoord”, İspaniyanın “Erkules”, İngiltərənin “Everton”, “Redinq”, “Şeffild Uensdey”, Rusiyanın “Alaniya”, Türkiyənin “Kayserispor” və Birləşmiş Ərəb Əmirliklərinin “Bani Yas” komandalarının da formasını geyinib.




Ana səhifəyə qayıt        Baxış: 457          Tarix: 26-08-2019, 18:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma