Xəbər lenti

 Arda Turanı mən göndərdim.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi Fatih Terim bildirib.

“Sabah Kosova ilə matçdan sonra bütün suallara aydınlıq gətirəcəyəm. Çox şey yaşanıb. İftiranı heç cür qəbul etmirəm. Arda Turanı mən göndərdim. Yığmanı isə özü tərk etdi. Milli yığmanı söz-söhbətin mövzusuna çevirə bilmərəm”, - Terim bildirib.

Qeyd edək ki, jurnalist Bilal Meşəni təhqir etdiyi üçün baş məşqçi Fatih Terim tərəfindən təlim-məşq toplantısından kənarlaşdırılan Türkiyə millisinin hücumçusu Arda Turan yığma komandadan uzaqlaşdığını bəyan edib.




Ana səhifəyə qayıt        Baxış: 744          Tarix: 10-06-2017, 21:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma