Xəbər lenti

 Azərbaycan idmançısı Aslanbek Alborov Paris şəhərində keçirilən güləş üzrə dünya çempionatının sonuncu günündə bürünc medal qazanıb.

Axar.az xəbər verir ki, avqustun 26-da 65, 70, 74 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

Doxsan yeddi kiloqram çəkidə mübarizə aparan Azərbaycan idmançısı Aslanbek Alborov bürünc medal uğrunda qarşılaşmada Qazaxıstan idmançısı Mamed İbraqimova 3:2 hesabı ilə qalib gələrək yarışda üçüncü pillədə qərarlaşıb.

Digər təmsilçilərimizdən Ağahüseyn Mustafayev (65 kq), Hacımurad Ömərov (70 kq) və Cəbrayıl Həsənov (74 kq) rəqiblərinə məğlub olaraq mübarizəni dayandırıblar.




Ana səhifəyə qayıt        Baxış: 767          Tarix: 27-08-2017, 09:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma