Xəbər lenti

 

Topaz Premyer Liqasının VI turunun "Neftçi" ilə oyununa hazırlaşan "Qəbələ" heyətinə daha bir futbolçu qatıb.

Ovqat.com goal.az-a istinadən xəbər verir ki,  "Qırmızı-qaralar" nigeriyalı hücumçu Ekiqo Ehiosunla güclənib. Azad agent statusu ilə komandamıza qoşulan 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.2014/15 mövsümündə icarə əsasında "Qəbələ"də çıxış edən Ehiosun "qırmızı-qara" formada 32 oyuna 6 qol vurub. Bütün qollarını çempionatda vuran legioner Premyer Liqada 29, ölkə kubokunda 3 matça çıxıb.

Azərbaycana ilk gəlişinədək vətənində "Varri Volves" (2008-2011), Türkiyədə "Samsunspor" (2011-2012) və "Gənclərbirliyi" (2012-2015) klublarında çıxış edib. 2013-2014-cü illərdə "Samsunspor", 2014-2015-ci illərdə "Qəbələ"yə icarəyə verilən Ekiqo 2 il öncə Türkiyəyə 

qayıdıb. O, "Samsunspor" (2015-2016) və "Qazişehir Qaziantep" (2016) komandalarında çıxış edib.

Ehiosun 2011-ci ildə debüt etdiyi Nigeriyanın əsas yığmasında 6 oyun keçirib və 1 qol vurub.




Ana səhifəyə qayıt        Baxış: 720          Tarix: 21-09-2017, 18:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma