Xəbər lenti

 

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” daha bir futbolçunun keçidini gerçəkləşdirib.

Apasport.az saytının məlumatına görə, İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone və şotlandiyalı Endi Hallideylə anlaşan “qırmızı-qaralar” hücum xəttini legionerlə gücləndirib.  Malili hücumçu Famoussa Kone icarə əsasında 1 il “qırmızı-qara” forma geyinəcək.

1994-cü il mayın 3-də anadan olan afrikalı forvard karyerasına Fransada başlayıb. Kone 2012-2016-cı illərdə “Bastiya” klubunun əsas və B komandalarında çıxış edib. 2015-2016-cı illərdə icarə əsasında Türkiyə “Samsunspor”unun uğurları üçün çalışan hücumçu ötən il “Göztəpə” ilə anlaşıb. 2016/17 mövsümünün ilk yarısını İzmir klubunda keçirən malili qışda “Samsunspor”a icarəyə verilib. 2013-cü ildə Malinin U-20 milli komandasına cəlb olunan Kone Afrika çempionatında iştirak edib. Onun çıxış etdiyi yığma yarışın yarımfinalına qədər irəliləyib.




Ana səhifəyə qayıt        Baxış: 1 011          Tarix: 2-07-2017, 22:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma