Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) 3 xidməti ləğv olunub.
“Report” xəbər verir ki, bu barədə baş nazir Artur Rasi-zadənin imzaladığı qərarda bildirilir.
Sənədə əsasən, Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilib:
1. 35.1-ci, 35.2-ci və 35.3-cü bəndlər ləğv edilsin.
2. V bölmə aşağıdakı redaksiyada verilsin:
“V.Qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər.”.
Qərara əsasən, SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, həmçinin Dövlət Metrologiya Xidməti və Dövlət Akkreditasiya Xidməti ləğv olunub.
Paylaş: