Rusiyanın “Qazprom” konserni “Türk axını” qaz borusunun iki xətti üzrə ümumilikdə 520 km-lik hissəsini inşa edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə holdinqin məlumatında bildirilir.
“Mayın 7-dən bu vaxtadək, ümumilikdə, qaz borusunun iki xətti üzrə 520 km-dən çox hissəsini inşa edib. Hazırda işlər artıq Türkiyənin iqtisadi zonasında həyata keçirilir. “Türk axını” qaz tədarükü marşrutlarının şaxələndirilməsinə imkan yaradacaq və Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yardım edəcək”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Qazprom” mayın 7-dən “Türk axını” qaz borusunun Qara dəniz hissəsinin inşasına başlayıb. Borunun dənizdən keçən hissəsinin uzunluğu 910 km, Türkiyə ərazisindən keçəcək hissəsinin uzunluğu isə 180 km təşkil edir.
Paylaş: