Xəbər lenti

 Türkiyə Rusiya ilə birgə reallaşdırdığı “Akkuyu” AES və “Türk axını” qaz borusu enerji layihələrinin icrasını sürətləndirməyə hazırdır.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ankarada keçirdiyi danışıqların yekunlarına dair mətbuata açıqlamasında bildirib.

 

“Ölkələrimiz arasında əməkdaşlığın əsas sahələrindən biri də energetikadır. Biz “Akkuyu” AES və “Türk axını” qaz borusu enerji layihələrinə böyük əhəmiyyət veririk. Onlar davam edəcək və biz onları tezləşdirməyə hazırıq”, - deyə Ərdoğan qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 884          Tarix: 29-09-2017, 07:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma