Xəbər lenti

Azərbaycan 2017-ci ilin yanvar-noyabr ayları ərzində 183 ölkə ilə 20 291 683,43 min dollar həcmində ticarət əməliyyatı həyata keçirib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsinin 12 500 979,9 min dolları və ya 61,61%-i ixrac, 7 790 703,53 min dolları və ya 38,39%-i idxal əməliyyatlarının payına düşüb. Beləliklə, 2017-ci ilin ilk 11 ayı ərzində xarici ticarət dövriyyəsində 4 710 276,37 min dollarlıq müsbət saldosu yaranıb.

Bu müddətdə ölkəyə 7 339 çeşiddə mal idxalı həyata keçirilib. İxrac olunan mal çeşidi isə cəmi 3 094 ədəd təşkil edib.

Qeyd edək ki, 2016-cı ilin yanvar-noyabr ayları ərzində xarici ticarət dövriyyəsi 16 031 631,91 min dollar, ixrac 8 314 908,13 min dollar, idxal 7 716 723,78 min dollar, xarici ticarət dövriyyəsinin müsbət saldosu 2016-cı ilin ilk 11 ayı ərzində 598 184,35 min dollar olub. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi 26,6%, o cümlədən ixrac 50,3%, idxal 0,96% artıb. Xarici ticarət dövriyyəsinin müsbət saldosu isə ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 dəfə çoxdur.




Ana səhifəyə qayıt        Baxış: 839          Tarix: 13-12-2017, 12:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma