Xəbər lenti

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməliyyatların həcmi bu ilin yanvar-aprel aylarında yüksəlib. Bu rəqəm 2016-cı ilin analoji dövrü ilə müqayisədə 9% təşkil edib.

"Report"un "BNews.kz" saytına istinadən verdiyi xəbərə görə, hesabat dövründə iki ölkənin ticarət dövriyyəsinin həcmi 61 494, 55 min ABŞ dolları təşkil edib. Bu, bütün ötən il ərzində Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsinin təxminin yarısına bərabərdir. Bununla yanaşı, Azərbaycan məhsullarının Qazaxıstana ixracı 74% (8 192,35 min dollaradək), Qazaxıstan məhsullarının Azərbaycana idxalı isə 3% (53 302,2 min dollaradək) artıb.

Dörd ayın nəticələrinə görə, Qazaxıstanın payı Azərbaycanın ümumi ixracında 0,24%, idxalında isə 2,46% təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 124 mln. 391, 28 min ABŞ dolları təşkil edib.

Azərbaycan Qazaxlstandan əsasən mineral ehtiyatlar (neft və qaz), kimyəvi xammal, taxıl, arpa, tütün məhsulları, karbonlu yayma polad, elektrik avadanlıqları tədarük edir. Azərbaycandan Qazaxıstana isə bitum materiallarından ibarət neft məhsulları, etilen polimerləri, maşın və mexanizmlər üçün komplektləşdiricilər, yığılma inşaat konstruksiyaları ixrac olunur.

 




Ana səhifəyə qayıt        Baxış: 1 089          Tarix: 19-05-2017, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma