Xəbər lenti

Azərbaycanda 624 min nəfər əlilliyi olan şəxs var və onlara dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondu vasitəsilə hər il 82 mln. manat vəsait ödənilir.

"Report" xəbər verir ki, bunu bu gün "Bakcell" MMC-nin maliyyə dəstəyi, "British Council" və Böyük Britaniya Səfirliyinin birgə əməkdaşlığı ilə əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə keçirilən konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov bildirib.

"Son statistikaya əsasən Azərbaycanda əhalinin 6,3%-i əlildir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə isə, dünya əhalisinin 15%-i əlildir", - deyə o, qeyd edib. 

Şöbə müdirinin sözlərinə görə, Azərbaycanda əlillərin məşğulluğu sahəsində problemlər mövcuddur: "Hazırda 32,5 nəfər əlilliyi olan şəxs çalışır, bu isə ölkədəki əlillərin 8,3%-i deməkdir. Avropada bu göstərici 40%, Avstraliyada 60%, Çində isə 80% təşkil edir. Azərbaycanda əlilliyi olan şəxslərin təxminən 350 mini əmək qabiliyyətlidir".

Nazirlik rəsmisi onu da əlavə edib ki, hazırda dövlət müxtəlif sosial müdafiə tədbirləri həyata keçirir.




Ana səhifəyə qayıt        Baxış: 1 000          Tarix: 19-12-2017, 11:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma