Ukraynada Azərbaycan Ticarət Evinin açılması üçün işlər artıq yekunlaşıb. Yaxın günlərdə ticarət evinin açılışı olacaq. Eyni zamanda, Azərbaycanda Ukraynanın Ticarət Evinin açılması üçün də işlər görülür.
Bu sözləri Azərtac-a məxsusi açıqlamasında Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv deyib.
Nazirin sözlərinə görə, Azərbaycan və Ukrayna strateji tərəfdaş ölkələrdir. Qarşılıqlı investisiya qoyuluşları istiqamətində fəaliyyət davam edir. Yeni investisiya layihələri üçün Ukrayna və Azərbaycan arasında açıq dialoq mövcuddur.
“Bu il ərzində Azərbaycanın iqtisadiyyat nazirinin Ukraynaya səfəri nəzərdə tutulur. Səfərin məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiya layihələrinin müzakirə edilməsidir”, – deyə Baş nazirin birinci müavini bildirib.
Paylaş: