Xəbər lenti

Kənd Təsərrüfatı Nazirliyi arıçıların çoxsaylı müraciətlərini nəzərə alaraq, arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasının keçirilmə tarixini və məkanını dəyişib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 5-28 oktyabr tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkasını keçiriləcək.

Sərgi-satış yarmarkasının açılışı oktyabrın 5-i saat 12.00-da olacaq.

Qeyd edək ki, bundan əvvəl yarmarkanın Bakının Xətai rayonunda, Nobel prospekti, 23 ünvanında (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) keçirilməsi planlaşdırılırdı.

Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını şəxsiyyət vəsiqəsini təqdim etməklə sentyabrın 15-dən 30-dək yuxarıda qeyd edilən ünvandakı mühafizə olunan anbara təhvil verməlidirlər.

Qeyd edək ki, yalnız qeyd olunan müddətdə anbara təhvil verilmiş və müayinə olunmuş məhsullar yarmarkada satışa çıxarılacaq.

Yarmarkaya hazırlıq tədbirlərini səmərəli təşkil etmək məqsədi ilə arıçılıq məhsullarının anbara qəbulu iqtisadi rayonlar üzrə aşağıdakı tarixlərdə həyata keçiriləcək.

Lənkəran iqtisadi rayonu üzrə – 15-18 sentyabr
Aran iqtisadi rayonu üzrə – 19-21 sentyabr
Gəncə-Qazax iqtisadi rayonu üzrə – 22-24 sentyabr
Şəki-Zaqatala iqtisadi rayonu üzrə – 25-27 sentyabr
Quba-Xaçmaz və Abşeron iqtisadi rayonları üzrə – 28 sentyabr
Dağlıq Şirvan iqtisadi rayonu üzrə – 29 sentyabr
Naxçıvan iqtisadi rayonu üzrə – 30 sentyabr
Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə – 30 sentyabr

Eyni zamanda şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci il oktyabrın 4-də yerlərin iqtisadi rayonlar üzrə və fərdi qaydada püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

 




Ana səhifəyə qayıt        Baxış: 393          Tarix: 12-09-2018, 14:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma