Xəbər lenti

Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2% artaraq 35 mlrd. manat təşkil edib.

“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 82,7%-i mədənçıxarma, 15,4%-i emal, 1,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 84,9% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,2%, xidmətlərin göstərilməsi isə 9,8%təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin noyabrın 1-nə 219,3 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 30,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

 




Ana səhifəyə qayıt        Baxış: 536          Tarix: 30-11-2018, 14:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma