Xəbər lenti

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 20 139,8 mln. manatlıq ümumi daxili məhsul istehsal edilib.

Ovqat.com məlumatına görə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2% azdır.

Bu dövrdə sənayenin neft hasilatı və emalı sahələrində istehsalın azalması ümumi daxili məhsulun həcminin azalmasına təsir edən əsas amil olub.

Eyni zamanda, iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9% artıb.

Ümumi daxili məhsulun 44,6%-i sənayedə, 11%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,2%-i tikintidə, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrində, 14%-i digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 %-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 075,5 manata bərabər olub.

 




Ana səhifəyə qayıt        Baxış: 1 031          Tarix: 17-05-2017, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma