Xəbər lenti

 Bu ilin yanvar-iyul aylarında Azərbaycanda küləklə işləyən elektrik stansiyaları 8,5 mln. kVt/saat həcmində elektrik enerjisi istehsal edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,8% azdır.

Bu müddətdə günəş enerjisi ilə işləyən stansiyaların istehsalı isə 25,3 mln. kVt/saat təşkil edib ki, bu da illik müqayisədə 31,2% azdır.

Son bir ildə ölkədə istilik elektrik stansiyalarının istehsalı illik müqayisədə 3% artaraq 11 371,4 mln. kVt/saat, su elektrik stansiyalarının istehsalı isə 5,8% azalaraq 1 201,2 mln. kVt/saat təşkil edib.

Bu ilin ilk 7 ayı ərzində ölkədə cəmi elektrik enerjisi istehsalı isə illik müqayisədə 1,7% artaraq 13 156,7 mln. kVt/saat olub.

Bu həcmin 12 606,4 mln. kVt/saatını əmtəəlik elektrik enerjisi istehsalı təşkil edib ki, bu da illik müqayisədə 2% çoxdur.




Ana səhifəyə qayıt        Baxış: 1 191          Tarix: 21-08-2017, 12:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma