Xəbər lenti

 

Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının iclasında qərara alınmış neft hasilatının azaldılmasına dair razılaşmanın müddəti 9 ay uzadılıb.

“Report” “Bloomberg” və “Reuters”ə istinadən xəbər verir ki, bu barədə görüş iştirakçıları bildiriblər.

TASS isə nazirlərin qapalı iclas keçirdiklərini, yekun qərarın hələlik verilmədiyini xəbər verir. Nümayəndələrdən biri qeyd edib ki, məsələ 99 faiz razılaşdırılıb.




Ana səhifəyə qayıt        Baxış: 405          Tarix: 1-07-2019, 23:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma