OPEC+ ölkələri iyun ayında neft hasilatının azaldılması ilə bağlı sazişi 90% səviyyəsində yerinə yetirib.
“Report”un RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Küveytin neft naziri Essam əl-Mərzuk bildirib.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində kartelin üzv və qeyri-üzv dövlətləri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin əvvəlinə kimi uzadılması barədə razılıq əldə olunub.
Paylaş: