Xəbər lenti

  

Avqustun 1-dən bəri ilk dəfə "Brent" markalı neftin qiyməti Səudiyyə Ərəbistanının yeni Enerji naziri Əbdül Əziz bin Salman əs-Səudun ölkənin neft hasilatını məhdudlaşdırmaq siyasətini davam etdirmək niyyətində olduğunu bildirməsindən sonra bir barel üçün 63 dollardan yuxarı qalxıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu hərrac məlumatları deməyə əsas verir.

Bakı vaxtı ilə saat 4:23-ə olan məlumata görə, "Brent" markalı Şimal dəniz neft qatışığının noyabr fyuçerslərinin qiyməti 0,67% artaraq bir barelə görə 63,09 dollar təşkil edib. Əvvəllər ticarət zamanı bir barelin qiyməti 63 dollara çatmışdı. WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,81% artaraq bir barelə görə 58,32 dollar olub.

Səudiyyə Energetika Nazirliyinin yeni rəhbəri qeyd edib ki, ölkənin neft hasilatı ilə bağlı mövcud siyasətinə riayət etmək, yəni qiymətləri qorumaq üçün hasilatı azaltmaqda davam etmək niyyətindədir.




Ana səhifəyə qayıt        Baxış: 423          Tarix: 10-09-2019, 10:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma