Xəbər lenti

 

Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən "Khazar Avtomobil Zavodu"nun istehsalı olan 10 ədəd "Khazar SD" markalı minik avtomobili yaxın vaxtlarda "Made in Azerbaijan" brendi ilə Rusiyaya ixrac ediləcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov Təbriz Ticarət Palatasının üzvləri ilə görüş çərçivəsində bildirib.

Xatırladaq ki, sözügedən zavod Neftçala Sənaye Məhəlləsinin ən böyük rezidentidir. Onu "Azərmaş” ASC və “İran Khodro” şirkəti, birgə müəssisənin yaradılması haqqında 2016-cı ilin avqust ayında imzalanmış sazişə uyğun olaraq yaradıb. Obyekt bu il martın 29-da, iki ölkə prezidentinin iştirakı ilə istifadəyə verilib. Dəyəri 15 milyon ABŞ dolları olan layihədə Azərbaycnan tərəfi 75%, İran tərəfi isə 25% paya malikdir. 

Zavodun illik istehsal gücü 10 min avtomobildir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulan zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək.

Zavodda istehsal olunan avtomobillər "Avro-5" və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur.

Müəssisədə 200 iş yeri var, istehsalın genişləndirilməsi sayəsində bu rəqəmin 300-ə çatdırılması planlaşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 437          Tarix: 3-10-2019, 11:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma