Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
İqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu Dövlət Neft Fonduna səslənib. Novator.az-ın məlumatına görə, o yazır ki, Rusiya rublu sürətlə ucuzlaşır, qara bazarda 1 dollar 150-200 rubla satılır: “Lakin bu, son deyil, hələ başlanğıcdır, rubl dəyər itirməkdə davam edəcək. Odur ki, hələ də rublu dollara və yaxud başqa aparıcı valyutalara dəyişmək gec deyil. Rublda vəsait saxlamaq məsləhət deyil.
Hazırda Azərbaycan Dövlət Neft Fondunun 45 milyard dollarlıq aktivlərinin 0,6 faizi Rusiya rublunda saxlanır. Fondun Rusiyanın VTB Bankındakı 500 milyon dollarlıq sərmayəsi də ciddi dəyər itirib. Amma fonddan heç bir reaksiya yoxdur. Unutmayın ki, hərəkətsizlik də məsuliyyətdir, cənablar! Xalqın pulunu dəyərsizləşdirməyin, vaxtında qərar qəbul edin, indi də gec deyil”.
Rubl Ukraynaya hərbi təcavüzə görə dünya birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar üzündən dəyər itirir. Azərbaycan Mərkəzi Bankı martın 3-də 100 Rusiya rublunu banklara 1 manat 71 qəpiyə satır. 2022-ci il 100 Rusiya rublu üçün 2 manat 25 qəpik rəsmi məzənnə ilə başlayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar