Xəbər lenti
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
Dövlət Neft Fondu bildirir ki, Azərbaycan 2001-ci ildən 2022-ci il yanvarın 1-dək “Azəri-Çıraq-Günəşli” neft yataqları blokundan 155 milyard 373 milyon dollar, 2007-ci ildən 2022-ci il yanvarın 1-dək “Şahdəniz” qaz yatağından 4 milyard 551 milyon dollar qazanc götürüb.
Novator.az-ın məlumatına görə, statistikanı şərh edən iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu həmin yataqlardan Dövlət Neft Şirkətinin 15 milyard dollardan çox qazanc əldə etdiyini, xarici şirkətlərin mənfəət neftindən dövlət büdcəsinə 18 milyard dollar vergi ödədiyini vurğulayır: “Beləliklə, indiyədək Azərbaycanın “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən cəmi gəlirləri 193 milyard dollara, bütün yataqlardan qazancı 200 milyard dollara yaxınlaşıb.
Bu, adambaşına 20 min dollar və ya 34 min manat, 5 nəfərlik ailə üçün 100 min dollar və ya 170 min manat vəsait deməkdir. Bunca vəsait hesabına Azərbaycanı Qafqazın İsveçrəsinə çevirmək olardı, ancaq ölkədə artan neft gəlirləri fonunda kriminal kapitalın “demokratik” diktaturası hökm sürməkdə, korrupsiya çiçəklənməkdə, insan haqları pozulmaqda, azadlıqlar məhdudlaşdırılmaqda, əhali artan qiymətlər üzündən sürətlə yoxsullaşmaqdadır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar