Xəbər lenti

Hazırda Ermənistanın problemi təsəvvür etdikləri ərazi bütövlüyü ilə bağlıdır. Müstəqillik dövründə müxtəlif bəyanatlar verilirdi ki, sərhədlər və ərazi bütövlüyü fərqli konfiqurasiyalarda olub. Artıq Nikol Paşinyanın da dediyi kadastr sənədi lazımdır. Erməni tərəfi indi bunun axtarışındadır.

 Bu sözləri politoloq Tofiq Zülfüqarov Teleqraf.com-a açıqlamasında deyib.

O qeyd edib ki, 1991-ci il çərçivəsində olan sərhədləri erməni tərəfi əsas kimi qəbul edə bilməz:

“Azərbaycanla sərhədə aid erməni tərəfinin düzəlişləri var. Ermənistan nümayəndəsi 1991-ci ildə xüsusi düzəlişdə tamam başqa iddiaya imza atıb. Həmin sənəddə Ermənistanın ərazi bütövlüyü keçmiş Dağlıq Qarabağla birlikdə təsəvvür edilir. Bunu da bəyan ediblər. Gürcüstanla vəziyyət fərqli idi və bura həmin bəyanat şamil olunur. Türkiyəyə aid məsələdə isə Ermənistan konstitusiyasında əksini tapan ərazi iddiaları hələ də “qüvvədədir”. Bu baxımdan qonşu ölkələrlə sərhədlərinin müəyyən edilməsi Ermənistan üçün problemə çevrilib. Ona görə də, erməni tərəfi müxtəlif illərin administrativ sərhədlərini əsas kimi təklif edir”.

Politoloq hesab edir ki, Qranadada Fransanın himayəsi ilə 1991-ci ilin sərhədləri çərçivəsində Ermənistanın ərazi bütövlüyünün dəstəkləndiyi bəyan edildi:

“Sözsüz ki, bu proses ilk növbədə Azərbaycanla həll olunmalıdır. Azərbaycan əsaslı olaraq göstərir ki, 1975, 1988, 1991-ci illərin sərhədlərini Ermənistan özü ləğv edib. Belə olan halda Azərbaycan da hansısa ili təklif edə bilər. Bizim cəmiyyətdə buna aid aydın mövqe var”.

Tofiq Zülfüqarova görə, Zəngəzur dəhlizi ilə bağlı ümumi vəziyyəti nəzərə alsaq, bunu Azərbaycan Ermənistandan istəməyə bilər:

“Çünki 1920-ci ildə Zəngəzur, 1929-cu ildə isə Göyçə mahalı Ermənistana verilib. Zəngəzur 4 min kv km-ə yaxın ərazini əhatə edir. Göyçə mahalı və onun ətrafında olan ərazilər isə 12 min kv km-dir. Ona görə də Zəngəzur məsələsi məhz fərqli müstəvidə öz həllini tapacaq”.




Ana səhifəyə qayıt        Baxış: 3 520          Tarix: 5-11-2023, 13:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma