Xəbər lenti

Qaz məsələsində biz yalnız bir təchizatçıdan asılı olduğumuz üçün təhlükəsizlik risklərindən xəbərdarıq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vahan Xaçaturyan bunu noyabrın 28-də “Ermənistanın enerji sektorunun bu günü və gələcəyi” adlı konfransda bəyan edib.

“İnhisarçılıq olan bazar iqtisadiyyatının heç bir sahəsində inkişafdan söhbət gedə bilməz”, - deyə Ermənistan prezidenti bildirib.

Xaçaturyan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini ən ciddi iş kimi vurğulayaraq, bu islahatların davam etdirilməsində Ermənistana hər zaman köməklik göstərdiyini qeyd edib.

"Ermənistanın enerji balansında kəskin dəyişikliklər baş verir və gözlənilən dövrdə bu dəyişikliklər daha da artacaq", - deyə Vahan Xaçatryan söyləyib.

Qeyd edək ki, Ermənistan hazırda Rusiya və İrandan qaz alır, İran isə qaz müqabilində elektrik enerjisi verir.




Ana səhifəyə qayıt        Baxış: 4 205          Tarix: 28-11-2023, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma