Azərbaycan təbii qazı Ukraynada müharibənin başlamasından sonra Balkan regionunda yaranmış Rusiya qazı çatışmazlığını kompensasiya etməyə yardım göstərib.
Bunu “Report”a müsahibəsində Moldovanın energetika naziri Viktor Parlikov deyib.
“Azərbaycan Rumıniya daxil olmaqla, Balkan regionu ölkələrini təbii qazla təmin edib. Buna görə də Avropa bazarına Rusiya “mavi yanacağı”nın tədarükünün azalmasından sonra yaranan defisitin bir hissəsini kompensasiya edib”, - V. Parlikov vurğulayıb.
Nazirin sözlərinə görə, Moldovada enerji təchizatı mənbələrinin şaxələndirilməsinin təməli əslində enerji sektorunda böhran başlamamışdan əvvəl qoyulub və Cənub Qaz Dəhlizi də bunun bir hissəsi idi:
“Bu, Xəzər regionundan təbii qaz əldə etməyə və Balkan ölkələrinə çatdırmağa imkan verən bu strategiyanın tez bir zamanda uğur qazanmasını təmin edib”.
Paylaş: