
İsveç, Norveç və Danimarka ABŞ silahlarının Ukraynaya tədarükü üzrə NATO-nun təşəbbüsü üçün birlikdə təxminən 5 milyard Norveç kronu (500 milyon dollar) ayıracaqlar.
Oxu.Az-ın "Yevropeyskaya pravda" nəşrinə istinadən xəbərinə görə, bu barədə Norveç hökumətinin dərc olunmuş bəyanatında məlumat verilib.
Məlumata görə, Norveç, İsveç və Danimarka Ukraynanın müdafiə avadanlığına olan prioritet ehtiyaclarının təmin edilməsi məqsədilə hərbi yardım göstərilməsi üçün qüvvələrini birləşdirirlər və bu yardım NATO tərəfindən koordinasiya edilir.
Yardım yeni "Prioritized Ukraine Requirements List (PURL)" təşəbbüsü çərçivəsində veriləcək və ABŞ-nin silah və avadanlığının Ukraynaya sürətli şəkildə daxil olmasını təmin etmək, Ukraynanın hava hücumundan müdafiəsini, xüsusən də "Patriot" hava hücumundan müdafiə sistemi üçün əlavə raketlər vasitəsilə gücləndirmək üçün nəzərdə tutulub.
Paylaş: