“SOCAR Ukraine” Ticarət Evi Böyük Britaniyanın vasitəçi şirkəti - “LVK Centre Limited” vasitəsilə Rusiyanın “Qazprom Neftexim Salavat” şirkətindən dizel yanacağı tədarük etməyə başlayıb.
Publika.az bildirir ki, hazırda ilk 700 ton həcmində yanacaq tədarük edilib.
“SOCAR Ukraine” şirkətinin mətbuat xidmətindən bildirilib ki, bu müqavilə Ukrayna bazarında məhsulun digər tədarükçüsünün inhisarçı mövqeyini aradan qaldıraraq dizel yanacağının tədarükünün şaxələndirilməsinə imkan yaradır. Bu barədə “Report” məlumat yayıb.
Bazar üç il ərzində ilk dəfə olaraq kənd təsərrüfatı, nəqliyyat sektoru, ağır sənaye kimi sahələr tərəfindən tələb olunan əlavə mənbədən resurs alıb. Nəticədə Ukraynada rəqabətqabiliyyətli məqbul qiymət alan yanacağın son istehlakçısı qazanır.
“Satınalma prosesi və müqavilə beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilib”, - şirkətdən vurğulanıb.
Şirkətdən həmçinin qeyd olunub ki, “LVK Centre Limited” şirkəti ilə əməkdaşlıq "win-win" yanaşmasının təcrübədə tətbiqinin bariz nümunəsidir.
Paylaş: