Azərbaycan böyük məsuliyyətin öhdəsindən gələrək özünü etibarlı tərəfdaş kimi sübut edib. Beynəlxalq neft şirkətlərinin Azərbaycana olan davamlı etimadı da məhz bununla bağlıdır.
Bu fikirlər Vaşinqtonun müstəqil qeyri-kommersiya tədqiqat mərkəzi “Caspian Policy Center”in hazırladığı “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişə dair məqalədə yer alıb.
Məqalədə deyilir ki, ilk neft müqaviləsi imzalananda Azərbaycan dövlət müstəqilliyini təzə bərpa etmişdi. Gənc ölkənin üzləşdiyi çətinliklərə baxmayaraq, Azərbaycan böyük məsuliyyətin öhdəsindən gəldi, özünü etibarlı tərəfdaş kimi sübut etdi.
“Caspian Policy Center”, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasından yazıb. Məqalədə sentyabrın 14-də Sazişin Prezident İlham Əliyev və yüksək səviyyəli hökumət, eləcə də dövlət rəsmilərinin iştirakı ilə Bakıda imzalandığı diqqətə çatdırılıb.\Axar.az\
Paylaş: