Xəbər lenti

Kürdəmir Rayon Polis Şöbəsinə müraciət edən Mollakənd kənd sakini C.İsayev iyulun 28-də kənd ərazisindəki şadlıq saraylarının birində keçirilmiş toy məclisində dəhlizdə quraşdırılmış qutudan 4 700 manat pulun oğurlandığını bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların Qacılı kənd sakinləri Tərlan Mazanov və Ruhan Bəşirzadə olduqları müəyyən edilib.

Oğurlanmış pulların bir hissəsi maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 422          Tarix: 30-07-2018, 15:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma