Xəbər lenti

Moskva vilayətində M.M.Qromov adına Uçuş-Tədqiqat İnstitutuna məxsus “MiQ-29” qırıcı helikopteri qəzaya uğrayıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, helikopter Dmitrovskoye kəndi yaxınlığında meşədə yerə çırpılıb. Helikopterin hər iki pilotu katapultla tullanmağa macal tapıb. Pilotlardan biri hazırda Jukovski şəhər xəstəxanasının reanimasiya bölməsindədir. Onun həyatı üçün təhlükə yoxdur.

Bildirilir ki, helikopter təlim-məşq uçuşu keçirərkən idarəetmə sistemində nasazlıq yaranması güman edilir.

Hadisə ilə əlaqədar xüsusi təhqiqat komissiyası yaradılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 611          Tarix: 5-10-2018, 17:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma