Xəbər lenti

 

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Türkiyənin “Dormofol” dərman vasitəsini geri çağırmasına aydınlıq gətirib. 

Nazirlikdən verilən məlumatda bildirilib ki, Türkiyənin Sparta Şəhər Xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən səkkiz xəstədən birinin anesteziya iynəsindən sonra ölməsi Türkiyə Səhiyyə Nazirliyini hərəkətə keçirib.

“Türkiyə Dərman və Tibbi Cihaz Qurumu “propofol” təsiredici maddə tərkibli “Dormofol” 1%-li intravenoz inyeksiya və “Dormofol” 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb.

İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyət problemindən şübhə edilir. Əhalinin və tibb işçilərinin nəzərinə çatdırılır ki, həmin dərman vasitələri Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayıb və ölkəmizə idxal olunmayıb.

Propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir”, - məlumatda qeyd olunub.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 480          Tarix: 14-01-2020, 13:10      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent