Xəbər lenti

 

Şabran rayonunda intihara cəhd hadisəsi baş verib.

Ovqat.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, əslən Quba rayonundan olan, amma müvəqqəti yaşamaq üçün Şabran rayonunda kirayə mənzildə qalan Məmmədova Səma Famil qızı bu gün səhər saatlarında intihara cəhd edib.

1993-cü il təvəllüdlü S.Məmmədova yaşadığı evin damından kəndirlə özünü asıb. Ailəsinin köməyi ilə onun həyatını xilas etmək mümkün olsa da, xəstənin vəziyyəti orta ağırdır.

Şabran Rayon Xəstəxanasından verilən məlumata görə, xəstə ora gətirilən zaman huşunu itirmiş vəziyyətdə olub. Son anda həkimlər onun həyatını xilas edə biliblər. İndiyə qədər xəstə heç kəslə söhbət etməyib. Onun nəyə görə özünü asdığı məlum deyil.

Şabran Rayon Polis şöbəsində hadisə ilə bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 899          Tarix: 27-07-2017, 23:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma