Xəbər lenti
Bu gün, 21:50
Bu gün, 19:58
Bu gün, 17:30
Bu gün, 16:18
Bu gün, 15:45
Bu gün, 13:36
Bu gün, 09:49
Dünən, 22:50
Dünən, 22:12
Dünən, 17:14
Dünən, 16:16
Dünən, 15:51
Dünən, 14:32
Almaniyanın daxili kəşfiyyat idarəsi olan Federal Konstitusiyanın Müdafiə Təşkilatı (BfV) Türkiyədə aprelin 16-da keçiriləcək referendumla bağlı hesabat hazırlayıb.
Ovqat.com Publika.az-a istinadən xəbər verir ki, hesabatda PKK və “radikal sağçı qrupların” (türk millətçiləri nəzərdə tutulur-red) Almaniyada gücləndiyi və “silahlı toqquşmaların” ola biləcəyi iddia olunur.
“Yeni Şafak” qəzeti yazır ki, terror təşkilatı olan PKK-nı dəstəkləyənlərlə millətçi türklər arasında gərginliyin yaşandığına dair iddiaların ortaya atılması əslində türklərin Almaniyadan çıxarılması planının ilk addımıdır.
Almaniyadakı türklər də bu hesabatı “yaxında başlayacaqları hücum üçün ictimai rəyin formalaşdırılması” olaraq qiymətləndiriblər.
Qəzet qeyd edir ki, nasizmi dəstəkləyən “NSU” qrupu türklərin evlərini yandıraraq, onlara hücuma keçəcək və beləliklə türk vətəndaşların deportasiya prosesi başlanacaq.
“Almaniyadakı türk imamları “casusluqda” ittiham edən və bütün məscidləri FETÖ-yə təslim etməyə hazırlaşan alman dövləti terror təşkilatı PKK-nı türklərin deportasiya planında tətikçi olaraq istifadə edir. Plana görə, türklər 16 apreldə keçiriləcək referenduma qədər və ondan sonrakı dövrdə müxtəlif hücumlara məruz qalacaq. Hər gün hücuma məruz qalan türklər özlərini PKK-dan müdafiə etməyə başlayanda alman dövləti onları sabitliyi pozmaqda ittiham edəcək. Alman kəşfiyyatı “Ərdoğan tərəfdarları şiddətə meyllidir. Küçədəki davanı da onlar çıxarır. Ölkənin sakitliyini pozanlar “bəli” tərəfdarlarıdır” şaiyələrini yayacaq”, - deyə qəzet əlavə edib.
Qəzet həmçinin, qeyd edir ki, Almaniya PKK-çıları türklərin üzərinə hücuma keçməsini təmin etməklə hər şeydən öncə onların referendumda “bəli” deməkdən çəkindirməkdir: “Bəli” tərəfdarlarının seçkidən uzaqlaşdırmağı nəzərdə tutan bu planın referendumdan sonrakı mərhələsi isə daha dəhşətlidir. Almaniya PKK-çılardan özlərini müdafiə etməyə başlayan türkləri kütləvi şəkildə ölkədən deportasiya edəcək və hər şeyi “türk-kürd” qarşıdurması olaraq göstərməyə çalışacaq. Bununla yanaşı, Almaniya PKK-ya dəstəyini daha da artıracaq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar