NATO Moldovanın paytaxtı Kişinyovda nümayəndəlik açacaq.
Ovqat.com xəbər verir ki, məlumatı jurnalistlərə NATO-nun Mətbuat katibi Oana Lungesko verib.
Kişinyovda jurnalistlərin qarşısına çıxan Lungeskonun bildirdiyinə görə, nümayəndəlik gələn aydan fəaliyyətə başlayacaq.
Moldovada NATO ofisinin açılması ilə əlaqədar razılaşma bu ölkənin Baş naziri Pavel Filip və NATO-nun baş katibi Cens Stoltenberq tərəfindən 2016-ci ilin sonunda imzalanmışdı.
Bilindiyi kimi, bu ilin iyul ayında Ukraynanın paytaxtı Kiyevdə də NATO-nun baş katibi Cens Stoltenberqin iştirakı ilə nümayəndəlik açılmışdı.
Qeyd edək ki, daha əvvəllər NATO tərəfdaşı ölkələrində heç birində bu cür diplomatik nümayəndəlik qurulmamışdır. Ukraynadan sonra ikinci nümayəndəliyin Moldavada açılması gözlənilən idi. Növbəti ofisin Gürcüstanda açıqlacağı güman olunur.
Paylaş: