Xəbər lenti

  Qəzza sektorunda və İordan çayının Qərb sahilində polislə toqquşmalarda azı 290 fələstinli xəsarət alıb.

“Report”un məlumatına görə, bu barədə Fələstinin Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi Erab əl-Fukaha bildirib.

“İordan çayının Qərb sahilində və Qəzza sektorunda yaralı fələstinlilərin sayı 290 nəfərdir. Onlardan 45-i döyüş, 30-u rezin güllələrdən və 215 nəfəri qaz nəticəsində xəsarət alıblar”, - deyə o bildirib.

Bununla yanaşı, Qəzza sektorunun Səhiyyə Nazirliyindən bildirilib ki, toqquşmalar zamanı heç kim ciddi xəsarət almayıb.

Fələstinin yaşayış məntəqələri arasında narazılıqlar artıq ay yarımdan çoxdur davam edir. Regionda vəziyyət ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarından sonra pisləşib.




Ana səhifəyə qayıt        Baxış: 865          Tarix: 13-01-2018, 03:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma