Xəbər lenti

 

Əsəd rejimi ABŞ rəsmilərinin PYD/PKK-nı ordulaşdırmaq planını pisləyib.

Ovqat.com bildirir ki, məlumatı Suriyanın SANA informasiya agentliyi yayıb.

Suriya XİN-nin adı çəkilməyən nümayəndəsi SANA-ya açıqlamasında ABŞ-ın bu mövqeyini ölkənin suverenliyi, birliyi və ərazi bütövlüyünə qarşı aşkar bir təcavüz kimi qiymətləndirib və PYD/PKK sıralarına qoşulanları xain adlandırıb.

Qeyd edək ki, İŞİD əleyhinə koalisiyanın sözçüsü polkovnik Ryan Dillon dünənki açıqlamasında Suriya Sərhəd Təhlükəsizlik Gücü yaratmaq üçün Suriya Demokratik Gücləri (SDG) ilə birgə çalışdığını etiraf etmişdi. Suriya XİN adından bu gün verilən bəyanat Dillonun sözügedən açıqlamasına cavab kimi xarakterizə edilə bilər.

Vətəndaş müharibəsinin  əvvəlindən indiyədək aralarında böyük miqyaslı toqquşma yaşamayan PYD/PKK və Əsəd rejiminin hələ də bir çox sahədə əməkdaşlıq etdiyi məlumdur. Belə ki, neft mədənlərini birlikdə qoruyan və çıxarılan “qara qızılı” bölüşən tərəflər eyni zamanda birgə hərbi təlimlər və əməliyyatlar keçirirlər.

Suriyanın Xarici İşlər naziri Vəlid Müəllim 26 Sentyabr 2017-ci il tarixində PYD/PKK ilə muxtariyyət tələbinin müzakirə edilə biləcəyini açıqlamış, ancaq tərəflər ötən ilin oktyabr ayında apardıqları danışıqlarında razılığa gəlməmişdilər.




Ana səhifəyə qayıt        Baxış: 833          Tarix: 15-01-2018, 23:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma