Xəbər lenti

 İŞİD-ə qarşı koalisiya terror qruplaşmasının liderlərinin toplaşdığı Deyr əz-Zor əyalətinin Əbu Kamal şəhərinə xüsusi əməliyyat hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü polkovnik Rayan Dillon danışıb.

“Biz neft çıxarılan sahələrdə Demokratik Suriya Qüvvələri tərəfindən qazanılan uğurları möhkəmləndirməli, hələ də İŞİD nəzarətində olan rayonları nəzarətə götürməliyik. Daha sonra isə İŞİD rəhbərliyinin əksər hissəsinin toplaşdığını ehtimal etdiyimiz Əbu Kamal şəhərinə hücuma hazırlaşmalıyıq”, -Dillon deyib.

Qeyd edək ki, Suriyada Rakka, İraqda isə Mosul şəhərlərinin İŞİD-dən azad edilməsindən sonra terrorçuların əsas qərargahı kimi Əbu Kamal şəhəri göstərilir.




Ana səhifəyə qayıt        Baxış: 528          Tarix: 28-10-2017, 10:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma