Xəbər lenti

  

“Türkiyənin Münbic məsələsiylə əlaqədar təzyiqləri davam edir. Amma ABŞ-ın Suriya siyasətində hər hansı dəyişiklik yoxdur”.

Ovqat.com xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Cim Mattis jurnalistlərlə söhbətində bildirib.

O, Türkiyənin Şimali Suriyada baş verənlərdən narahatlığının legitim əsaslarının olduğunu qeyd edərək bildirib:

“Türkiyə NATO-nun öz sərhədləri daxilində terror təşkilatı kimi tanınan PKK ilə aktiv mübarizə aparan yeganə müttəfiqidir. Biz də bu məsələdə Türkiyə ilə birgə çalışırıq. Onun sadəcə PKK ilə deyil, həm də Suriya sərhədlərində Bəşər Əsədin səbəb olduğu müharibə ilə bağlı legitim qayğıları var. Ən yüksək siyasi və hərbi səviyyədə Türkiyəylə çalışmalarımızı davam etdirəcəyik”.

Mattis gələn həftənin ortalarında türkiyəli həmkarı Nurəddin Canikli ilə Brusseldə görüşəcəklərini də sözlərinə əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 875          Tarix: 9-02-2018, 09:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma