Xəbər lenti

 

Son günlər Naxçıvanda məşhur türk sərkərdəsi, I Dünya mühribəsində 7 cəbhədə müharibə aparan Türkiyənin uğur simvolu hesab edilən, Osmanlı torpaqları ilə yanaşı, Azərbaycan ərazisinin düşmənlərdən müdafiəsində böyük rol oynayan Kazım Qarabəkir paşaya abidə qoyulması ilə bağlı təkliflər səslənməkdədir.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev yalnız Kazım Qarabəkir paşaya deyil, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan digər sərkərdələrə də abidə ucaldılmasının vacibliyini vurğuladı:

“Öncə qeyd edim ki, o zaman Naxçıvanda Araz-Türk Respublikası mövcud olub. “Mudros” sülh müqaviləsi Türkiyənin imkanlarını olduqca məhdudlaşdırdı. Həmin vaxt ermənilər Naxçıvan və ətraf bölgələrdə soyqırım həyata keçirməyə başladılar. Andranikin başçılığı ilə amansız qətliamlar rellaşdırılırdı. Həmin ərəfədə Kazım Qarabəkir paşanın Naxçıvana gəlməsi, erməni zülmünə qarşı mübarizəyə başlaması soydaşlarımızın həytının xilas edilməsi baxımından mühüm rol oynadı.

Nəzərinizə çatdırım ki, hətta 1918-1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dönəmdə belə ingilis və amerikanlar Naxçıvandan Bakıdakı parlamentə deputat seçilməsinə imkan vermir, təzyiqlər göstərirdilər. Kazım Qarabəkir paşa faktiki olaraq Naxçıvanı xilas etdi. O zaman Araz-Türk Respublikasının nümayəndəsi kimi Hüseyn Cavid də parlamentdə yer almışdı.

Kazım Qarabəkir paşa Atatürkə məktubunda qeyd edirdi ki, bizi parçalayır, bizə şərtlər qoyurlar. Biz birləşmək üçün yenidən cümhuriyyətlər qurmuşuq. Bu cümhuriyyətlər və Türkiyə yenidən bir bayraq altında birləşəcək.

Həmin vaxt Ermənistan ərazilərinin Azərbaycan torpaqları hesabına genişləndirilməsi istiqamətində ciddi iş gedirdi. ABŞ Vilson planına uyğun olaraq türk torpaqlaırnı parçalamaq siyasəti yürüdürdü. Kazım Qarabəkir paşa imperialist güclərin bu siyasətinə qarşı da ciddi mübarizə aparırdı. 1924-cü ildə isə Naxçıvanda referendum keçirildi və Naxçıvan Azərbaycanın tərkibində Muxtar Respublika kimi tanındı.

Həm Nuru Paşanın, həm də Kazım Qarabəkir paşanın xatirəsini əbədiləşdirmək bizim borcumuzdur. Biz türk dünyası üçün çarpışan, vuruşan bütün sərkərdələrə abidə ucaltmalıyıq. Bu bizim mənəvi borcumuzdur. Gələcək nəsillər bundan örnək almalıdır”.

 

Seymur Əliyev




Ana səhifəyə qayıt        Baxış: 694          Tarix: 28-02-2018, 21:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma